Bakıda Narkoloji Dispanserdə müalicə olunan şəxs intihara cəhd edib
Hadisə Xətai rayonunda yerləşən dispanserdə baş verib
Bakı, , İnteraz - 17 Aprel 2018, 08:51
Bakıda Narkoloji Dispanserdə müalicə olunan şəxs intihara cəhd edib.
Hadisə Xətai rayonunda yerləşən dispanserdə baş verib. 1968-ci il təvəllüdlü Mirzəliyev Bəbir Bəhmən oğlu dispanserdə fincanı sındıraraq, qolunu bir neçə yerdən kəsib. O, çoxlu qan itirib. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı hüquq mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.
"Report"