İşıq üzü görməyən “iPhone X” modelinin fotoşəkilləri dərc olunub

Bundan əvvəl qızılı rəngli “iPhone” smartfonunun buraxılışı digər üç modellə birlikdə planlaşdırılıb

  • 442

Bakı, , İnteraz - 17 Aprel 2018, 08:57

ABŞ Federal Rabitə Komissiyasının saytında işıq üzü görməyən qızılı rəngli “iPhone X” smartfon modelinin fotoşəkilləri dərc edilib.

Bundan əvvəl qızılı rəngli “iPhone” smartfonunun buraxılışı digər üç modellə birlikdə planlaşdırılıb. Ehtimal olunur ki, “Apple” şirkəti istehsal çətinlikləri ilə üzləşib və bununla əlaqədar versiyalardan birinin buraxılışı təxirə salınıb.

Şirkət tərəfindən bu məlumatlar hələ ki təsdiq edilməyib. Qeyd edək ki, ötən ilin payızında satışa çıxarılan sonuncu “iPhone” modelinin korpusu iki - qara və ağ rəngdə təqdim olunub.

“ICTnews”