Bakıda avtomobil piyadaları vurub (Foto)

Faktla bağlı araşdırma aparılır

Bakı, , İnteraz - 17 Aprel 2018, 09:03

Bakıda yüksək sürətli yoldan keçən iki nəfəri avtomobil vurub.

Hadisə Qaradağ rayonunda baş verib. Bakı-Qazax şosesinin Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisindən keçən hissəsində "Mercedes" markalı avtomobil 1985-ci il təvəllüdlü Ağayev Kamil Ağamalı oğlu və 1988-ci il təvəllüdlü Vahabov Nicatı vurub. Sürücü hər iki yaralını xəstəxanaya yerləşdirib. Lakin həkimlərin səyinə baxmayaraq, K. Ağayevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları sürücünü məsuliyyətə cəlb edib.

"Report"