Liya Bayramova vəzifədən azad olunmasının səbəbini açıqlayıb

"Vəzifədən azad olunmağımın səbəbi elmi fəaliyyətlə məşğul olmaq niyyətimlə bağlıdır"

Bakı,Nərgiz Yəhyayeva, , İnteraz - 17 Aprel 2018, 16:46

"Vəzifədən azad olunmağımın səbəbi elmi fəaliyyətlə məşğul olmaq niyyətimlə bağlıdır". İnterAz xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Liya Bayramova deyib. O bildirib ki, mətbuat xidmətinin rəhbəri vəzifəsindən öz xahişi ilə azad edilib.

 

Qeyd edək ki, L.Bayramova 2015-ci ildən mətbuat xidmətinə rəhbərlik edirdi. Rəhbərlik etdiyi müddət ərzində adı çəkilən şöbənin Azərbaycan KİV-i ilə əməkdaşlığın təkminləşdirilməsi üzrə böyük işlər aparılıb, bölgələrin müalicə mərkəzlərinə tanışlıq məqsədi ilə dəfələrlə ziyarətlər, həmçının səhiyyə və bu sahə ilə bağlı bir çox konfrans və hesabat tədbirləri təşkil edib.

L.Bayramova uğurlu fəaliyyətinə görə çoxsaylı diplom və mükafatlarla, o cümlədən səhiyyə naziri O.Şirəliyevin qərarı ilə "Səhiyyə əlaçısı" nişanı ilə təltif edilib.