Yatarkən mobil telefonu yastığınızın yanında saxlamayın

Cihazlar yeniyetmələrin yuxusuna ziyan vurur

Bakı, , İnteraz - 27 Aprel 2018, 06:39

Yatan zaman mobil telefonu yaxınlıqda saxlamaq sağlamlıq üçün təhlükəlidir.

Bu barədə Kaliforniyanın Səhiyyə Departamenti məlumat dərc edib. Mütəxəssislərin məlumatına əsasən, cihazların elektromaqnit şüalanması xərçəng və sonsuzluq risklərini artırır. Həkimlər telefonun insan bədənindən ən azı bir neçə metr uzaqda saxlanılmalı olduğunu bildiriblər.

Sənəddə həmçinin vurğulanıb ki, cihazlar yeniyetmələrin yuxusuna ziyan vura, psixoloji sağlamlığına zərər verə və diqqətlərinin yayınmasına səbəb ola bilər.

Medicina.az