Azərbaycanda yüksək vəzifəli məmur vəfat edib - Foto

Təhsil Nazirliyinin rəsmisi dünyasını dəyişib

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 27 Aprel 2018, 11:02

Təhsil Nazirliyinin (TN) Ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov dünyasını dəyişib.

 

İnterAz xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov özünün "Facebook” səhifəsində yazıb.

 

O, S.Gözəlovun ağır xəstəlikdən sonra vəfat etdiyini bildirib:

 

"Yaxşı insanları itirmək çox ağırdır. Belə insanlardan biri, səmimiyyəti, insanlığı, yüksək peşəkarlığı ilə örnək olan, təhsil sistemində özünəməxsus hörməti ilə hamının sevgisini qazanmış Təhsil Nazirliyinin sektor müdiri, fəlsəfə doktoru, dosent Sülhəddin Gözəlov ağır xəstəlikdən sonra vəfat etmişdir.

 

Allah rəhmət etsin!”