Daşkəsəndə ana və 6 aylıq oğlu öldürülüb

Hadisənin qətl olduğu bildirilir

Bakı, , İnteraz - 10 May 2018, 09:12

Daşkəsəndə ölüm hadisəsi baş verib.

İnterAz APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Qabaqtəpə kəndində baş verib. Mayın 9-da saat 18 radələrində kənd sakini, 1975-ci il təvəllüdlü Həsənova Lətifə Mürsəl qızı və onun 6 aylıq oğlu Əli İlqar oğlu Həsənovun yanmış meyitləri yaşadıqları evdə aşkarlanıb.

Məlumata görə, qadın yataq otağının döşəməsində uşaq isə beşikdə yanmış vəziyyətdə olub. Hadisənin qətl olduğu bildirilir. Kənddə Həsənovlar ailəsində ər arvadın mehriban olduqları və kiminləsə düşmənçilik etmədikləri bildirilir.

Qətl törədilən gün qadının həyat yoldaşı Daşkəsən şəhərində olsa da, hazırda hüquq mühafizə orqanlarının əməkdaşları onu sorğu-sual edirlər. Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.