Ata oğlunun gözü önündə ölümcül bıçaqlanıb

Faktla bağlı araşdırma aparılır

Bakı, , İnteraz - 15 May 2018, 08:26

Abşeron rayonunun Xırdalan şəhərində bıçaqlanma hadisəsi baş verib.

12 yaşlı oğlu ilə 26-cı məhəllədəki kafedən çıxan 1978-ci il təvəllüdlü Ağacanov Rauf Mamed oğlu yaşadığı evə gedərkən yolda Tərlan adlı tanışı ilə rastlaşıb. Bu zaman qarşı tərəf R.Ağacanovun döş qəfəsinə, bədəninin müxtəlif nahiyələrinə və boğazına ümumilikdə 6 bıçaq zərbəsi vurub.

Yaralı təcili yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Report