Sumqayıtda ağır qəza zamanı yol polisi ölüb, daha iki nəfər yaralanıb

Faktla bağlı araşdırma aparılır

Bakı, , İnteraz - 15 May 2018, 08:28

Bakı-Quba yolunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

1991-ci il təvəllüdlü Xızı rayon sakini Bəkirzadə Xəyyam Yusif oğlu Bakı-Quba yolunun 34-cü km-də, Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində şəxsi avtomobili ilə hərəkətdə olarkən "Ford" markalı maşınla toqquşub.

Ağır qəza zamanı sürücü Xəyyam Bəkirzadə elə yerindəcə ölüb. Digər avtomobildə olan iki nəfər ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Qəza zamanı avtomobillərdən biri yanaraq kül olub. X.Bəkirzadə Xızı rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşıdır və növbədən çıxaraq şəxsi avtomobili ilə evə gedirmiş.

Faktla bağlı araşdırma aparılır.

Report