Allahşükür Paşazadə: "Qüds müsəlmanların - Fələstinin paytaxtıdır"

Qüdsdə bu gün baş verənlərin səbəbi müsəlman dövlətləri arasında birliyin olmamasıdır

Bakı, Nazilə Xaqani, İnteraz - 15 May 2018, 11:24

“Biz Qafqaz müsəlmanları bəyan edirik ki, Qüds müsəlmanların - Fələstinin paytaxtıdır”.

 

İnterAz-ın məlumatına görə, bu bəyanatla Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə çıxış edib.

 

O qeyd edib ki, başqa bir dövlətin Qüdsə müdaxiləsi ciddi fəlakətə yol açacaq: “Artıq bu baş verir. 59 müsəlman həlak olub, 2 minə yaxını yaralanıb. 1990-cı ilin yanvarında biz bu təcavüzü yaşamışıq. İndi bu, orda təkrar olunur. Ermənilərin bizə təcavüzü də bunun eynisidir”.

 

Şeyxülislam bildirib ki, Qüds müsəlmanların doğma və müqəddəs torpağıdır: “Qüdsdə bu gün baş verənlərin səbəbi müsəlman dövlətləri arasında birliyin olmamasıdır. Bəzi dövlətlər bu birliyin olmamasından məharətlə istifadə edir”.