Malayziyada yeniyetmə qız üzünə saplanmış bıçaqla tapılıb

19 yaşlı qız işdən çıxıb evə gedən zaman soyğunçu onun qarşısını kəsib

Bakı, Nazilə Xaqani, İnteraz - 15 May 2018, 13:48

Malayziyada yeniyetmə qız üzünə saplanmış bıçaqla tapılıb. 

 

İnterAz “DailyMail”ə istinadən xəbər verir ki, 19 yaşlı qız işdən çıxıb evə gedən zaman soyğunçu onun qarşısını kəsib. Həmin şəxs qızın çantasını almaq istəyib, lakin o etiraz edib. 

Bu zaman oğru onun üzünə bıçağı saplayaraq qaçıb.