DİM sədri: "Bu il tələbə qəbulu üçün 45159 yer ayrılıb"

O bildirib ki, qəbul planı ötən tədrisi ilə müqayisədə 2303 yer artıb

Bakı, Kəmalə Bədəlova, , İnteraz - 17 May 2018, 12:02

"2018/2019 tədris ilinin qəbul planına əsasən, bakalavriat səviyyəsi üzrə təxminən 45159 yer ayrılıb".

 

İnterAz-ın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, qəbul planı ötən tədrisi ilə müqayisədə 2303 yer artıb.

 

Dövlət sifarişli yerlərin sayının 1,3 % artdığını vurğulayan DİM sədrinin sözlərinə görə, 9 illik bazadan kolleclərə qəbul planı 572 yer azalıb, 11 illik bazadan kolleclərə qəbul planı isə ötən illə müqayisədə 21% artıb.