Bakıda Milli Qəhrəmanın oğlunun avtomobilindən oğurluq olub

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsunin 16-cı Polis Bölməsində araşdırma aparılır

Bakı, Kəmalə Bədəlova, , İnteraz - 17 May 2018, 12:51

Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində Rəşad Rəhimova məxsus “Mercedes” markalı avtomobildən oğurluq edilib.

 

İnterAz-ın xəbərinə görə, naməlum şəxslər avtomobilə maddi ziyan vurub və maşının ehtiyat hissələrini oğurlayıblar.

 

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsunin 16-cı Polis Bölməsində araşdırma aparılır.

 

Qeyd edək ki, avtomobilin sahibi Milli Qəhrəman Koroğlu Rəhimovun oğludur.