Sumqayıtda “Gecəqondu” ərazisində antisanitar şərait hökm sürür

Aidiyyatı qurumlar problemin tez bir zamanda həll olunacağını deyir

Bakı,, Səbuhi Vaqifoğlu, İnteraz - 17 May 2018, 15:45

Sumqayıt şəhərində “Gecəqondu” adlanan ərazidə antisanitar şərait hökm sürür.

 

İnterAz xəbər verir ki, İfunət, çirkab suları, qamışlıq və s. yaxınlıqda yaşayan sakinlərdə ciddi narahatlıq yaradır.

 

Maşın sexlərinə yaxın yerləşən köhnə avtomobil dayanacağının arxasında, insanların hər gün gediş-gəliş yolunda, eləcə də yaşayış evlərinə yaxın ərazidə kanalizasiya sistemi iflic vəziyyətdədir.

 

Mövzuyla bağlı Sumqayıt şəhər Su Kanal İdarəsinin rəis müavini Qurban Mikayılov kanalımıza açıqlamasında bildirdi ki, prezident İlham Əliyev tərəfindən mövcud durumla bağlı tapşırıq verilib və problem tezliklər həll olunacaq.

 

Biz də ümid edirik yaranan problem aidiyyatı qurumlar tərəfindən tezliklər həll olunacaq və əhalinin rahatçılığı təmin ediləcək.