Əfv Komissiyası bu gün işini yekunlaşdıra bilər

Əfv Komissiyasının işi növbəti iclasdan sonra yekunlaşacaq

Bakı, Cavid Babayev, İnteraz - 17 May 2018, 16:05

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilir.

İnterAz-ın "Trend"ə istinadən verdiyi məlumata görə, bugünkü iclasda əfvlə bağlı sonuncu müraciətlərə baxılması nəzərdə tutulub. Belə ki, komissiyanın üzvü Rəşad Məcid son iclasdan sonra açıqlamasında bildirmişdi ki, Əfv Komissiyasının işi növbəti iclasdan sonra yekunlaşacaq.

Qeyd edək ki, Əfv Məsələləri Komissiyası bu ilin yanvar ayının sonlarından başlayan iclaslarında indiyə qədər 1200-dən artıq müraciətə baxıb.