Ölü planet tapılıb

Bu meteoritin Günəş sistemində Mars və Merkuri boyda olan planetin bir hissəsi olduğu ehtimal edilir

Bakı, Nazilə Xaqani, İnteraz - 17 May 2018, 16:55

İsveçrə, Fransa və Almaniyadan olan bir qrup astronom "Almahata Sitta" meteoritinin tərkibində olan almazları tədqiq etdikdən sonra qənaətə gəlib ki, həmin meteorit əvvəllər mövcud olmuş planetin tərkib hissəsi olub.

 

İnterAz-ın məlumatına görə, bu meteoritin Günəş sistemində Mars və Merkuri boyda olan planetin bir hissəsi olduğu ehtimal edilir.

 

Qeyd edək ki, içərisində iri almaz kristalları olan "Almahata Sitta" meteoriti 2008-ci ildə Sudan ərazisinə, Nubiya səhrasına düşmüşdü. Meteoritin tərkibində həmçinin qrafit, piroksen və olivin maddələri də aşkar edillmişdi.

TREND