Əfv Komissiyasının iclasları başa çatıb, 1100-dək müraciətə baxılıb

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 17 May 2018, 18:00

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları başa çatıb.

 

İnterAz-ın APA-ya istinadən xəbərinə görə, bu gün keçirilən iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb və onların əksəriyyətinə müsbət rəy verilib.

 

İndiyədək 1100-dək müraciətə baxılıb.

 

Bununla da, komissiya işini yekunlaşdırıb.

 

Əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq.

 

17.23

 

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

 

İnterAz-ın APA-ya istinadən məlumatına görə, iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb və onların əksəriyyətinə müsbət rəy verilib.

 

Komissiyanın indiyədək keçirilən iclaslarında 1100-dək müraciətə baxılıb.

 

Qeyd edək ki, komissiyanın iclasları yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq.