Göygöldə yük maşını aşıb, iki nəfər ölüb

Nəticədə sürücü xəsarət alıb

Bakı, Kəmalə Bədəlova, , İnteraz - 26 May 2018, 10:09

Göygöl rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

İnterAz-ın Report-a istinadən verdiyi məlumata görə, Zeynalov Əhəd Yusif oğlu Mollacəlli-Dozlar yolu ilə hərəkətdə olarkən idarə etdiyi "KamAZ" markalı yük maşınını aşırdıb.

 

Nəticədə sürücü xəsarət alıb. Maşında olan iki sərnişindən hazırda şəxsiyyəti məlum olmayan biri hadisə yerində dünyasını dəyişib. Digər sərnişin, 1984-cü il təvəllüdlü Kəlbəcər rayon sakini Fərzəliyev Eldar Allahverdi oğlu xəstəxanada keçinib.

 

Faktla bağlı araşdırma aparılır.