Yol polisi şüar səsləndirib: Vətən sağ olsun

Sosial şəbəkələrdə yayılan video izləyənləri göz yaşına boğub

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 26 May 2018, 11:56

Sosial şəbəkələrdə yayılan video izləyənləri göz yaşına boğub.

 

İnterAz "avtosfer"ə istinadən xəbər verir ki, belə ki, rayonların birinə şəhid cənazəsi gətirilir. Qabaqda YPX avtimobili olmaqla böyük bir karvan cənazəni müşayət edir. İnsanlar isə bütün yol boyu əllərində güllər yola səpir, şüarlar səsləndirir.

 

Bütün bunların fonunda Yol polisinin avtomobildən səsgücləndirici ilə "Vətən sağ olsun", "Təşəkkür edirik", "Şəhidlər ölməz" kimi şüarlar verməsi mərasimə ayrı rəng qatır.