Sabunçuda 16 mərtəbəli bina yanır

Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir

Bakı, Kəmalə Bədəlova, İnteraz - 31 May 2018, 14:09

Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev küçəsində yerləşən çoxmərtəbəli binada yanğın baş verib.

 

Fövqəladə Hallar Nazirliyindən İnterAz-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir.

 

Əlavə məlumat veriləcək.