Azərbaycan İstilik Elektrik Stansiyasının əməkdaşını iş zamanı ilan sancıb

Yaşar Sabir oğlu Kərimovu zavodda ehtiyyatsızlıqdan zəhərli ilan vurub

Bakı, Kəmalə Bədəlova, İnteraz - 07 Iyun 2018, 11:44

 Mingəçevir şəhərində yerləşən Azərbaycan İstilik Elektrik Stansiyasının (İES) əməkdaşını iş zamanı ilan sancıb.

 

İnterAz Report-a istinadən xəbər verir ki, İES-in fəhləsi, 1970-ci il təvəllüdlü Yaşar Sabir oğlu Kərimovu zavodda ehtiyyatsızlıqdan zəhərli ilan vurub.

 

Y.Kərimov iş yoldaşları tərəfindən xəstəxanaya çatırılıb. Onun vəziyyətinin ağır olduğu deyilir.