Cəlilabadda baş verən silahlı insidentin iştirakçılarından biri saxlanılıb

Saxlanılarkən ondan AKS tipli avtomat, 1 ədəd avtomat darağı və 8 ədəd patron götürülüb

Bakı, Kəmalə Bədəlova, İnteraz - 08 Iyun 2018, 11:35

Ötən gün Cəlilabadda baş vermiş silahlı insidentin iştirakçılarından biri saxlanılıb.

 

İnterAz-ın APA-ya istinadən məlumatına görə, Cəlilabad rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində İlqar Həsənov tutulub.

 

Saxlanılarkən ondan AKS tipli avtomat, 1 ədəd avtomat darağı və 8 ədəd patron götürülüb.  

 

Silahlı insidentin digər iştirakçılarının saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.

 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb araşdırma aparılır.

 

Qeyd edək ki, iyunun 7-də Cəlilabad rayon sakinləri olan şəxslər odlu silahdan bir-birinə atəş açıb. Silahlı insident zamanı xəsarət alan olmasa da, "Lexus" markalı avtomobilə və yaşayış evinə ziyan dəyib.