Masallı rayonu Sirəbil kənd əhalisi əkin sahələrinin itirilməsindən şikayətlənir

Masallı rayonu Sirəbil kənd əhalisi rayon icra hakimiyyətinin fəaliyyətindən narazılıq edir.

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 09 Iyun 2018, 17:14

Masallı rayonu Sirəbil kənd əhalisi rayon icra hakimiyyətinin fəaliyyətindən narazılıq edir.

 

Bu barədə InterAz-a Sirəbil kənd sakinləri məlumat verib.

 

Narazılığa səbəb icra başçısı Rafil Hüseynovun kənd ərazisində yerləşən boş torpaq sahələrinin təyinatını dəyişdirtdirib öz istəyinə uyğun istifadə etməsidir. Bu məsələdə Ölkə başçısının boş torpaqların əkilməsi ilə bağılı fikirindən sui istifadə edilir.

 

Kənd camaatı bildirir ki, illərdir bu torpaqlardan maldarlıqla, ət, yun, yağ, süd istehsal edilərək dolanılır və hökumətdən bu vaxta qədər heç bir şey imtiyaz istənilməyib. Artıq vəziyyət o həddə çatıb ki, kənd caamatına bildiriblər ki, çörək yeri olan örüş sahələri onların əlindən alınacaq.

 

İyun ayının 6-da hüquq mühafizə orqanları ilə kənddə əraziyə gələn icra başçısı hədə qorxu gələrək yeni tikilən qanunsuz evləri sökəcəyini, torpaqların əkilməyəcəyi təqdirdə onların əlindən alınacağını bildirib. Hətta etiraz edənlərin həbs olunacaqlarını da bildirib.