Yevlaxda zəncirvari yol qəzası olub, yaralılar var

Hadisə nəticəsində 3 nəfərin ağır bədən xəsarətləri aldığı bildirilir

Bakı, Kəmalə Bədəlova, İnteraz - 11 Iyun 2018, 11:17

Yevlax rayonunda zəncirvari yol qəzası baş verib.

 

İnterAz "Report"a istnadən xəbər verir ki, hadisə Mingəçevir-Xaldan avtomobil yolunun rayonun Hacıselli kəndi ərazisindən keçən hissəsində baş verib.

 

Belə ki, “VAZ -21011”, ”VAZ -21015” markalı avtomobillər “QAZel” markalı yük maşını ilə toqquşub. Hadisə nəticəsində 3 nəfərin ağır bədən xəsarətləri aldığı bildirilir.  Yaralılar xəstəxanaya çatdırılıblar.

 

Faktla bağlı araşdırma aparılır.