Bakıda özəl bağçada uşaqlara işgəncə verilir

Bakıdakı məşhur özəl bağçalardan birində uşaqlara qarşı kobud rəftar, təhqir və işgəncə faktlarının açıq-aşkar əks olunduğu görüntülər yayılıb

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 11 Iyun 2018, 14:41

Bakıdakı məşhur özəl bağçalardan birində uşaqlara qarşı kobud rəftar, təhqir və işgəncə faktlarının açıq-aşkar əks olunduğu görüntülər yayılıb.

 

İnterAz-ın Azxeber.com-a istinadən məlumatına görə, video müxtəlif günlərdə təhlükəsizlik kameraları tərəfindən lentə alınıb.

 

Kadrlarda da açıq-aydın görünür ki, bağçada hər gün uşaqlara dözülməz zülm yaşadılır.

 

Həmçinin bildirilir ki, bağçanın müvafiq icra hakimiyyəti orqanından lisenziyası da yoxdur. 

 

Hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunduğu deyilir.

 

Maraqlıdır ki, lisenziyası olmayan və psixoloji durumu yoxlanılmayan bir şəxsin uşaqlara xidmət göstərməsinə kim və nəyə görə göz yumub?!