Elşad İsgəndərovdan Fazil Mustafanın həqarətlərinə cavab: “Həddini bil"

Elşad İsgəndərov son günlər deputat Fazil Mustafanın xalqımızın ənənəvi və ilahi dəyərlərinə yönəlik həqarətlərinə münasibət bildirib

Bakı, , İnteraz - 11 Iyun 2018, 15:03

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Elşad İsgəndərov son günlər deputat Fazil Mustafanın xalqımızın ənənəvi və ilahi dəyərlərinə yönəlik həqarətlərinə münasibət bildirib.

 

O, bu barədə özünün facebook səhifəsində paylaşıb

 

İnterAz islaminsesi.info-ya istinadən sözügedən status oxucularına təqdim edir.

 

"Ey təkfirçi və məzhəbçi təfəkkür, milli-mənəvi irsimizin bu dühalarınamı mələşən deyirsən? Həddini bil!

 

Əhli beyt eşqi ilə yanıb, onlara edilən zülmü anıb, mərhəmət yaşı ilə sızıldayan korifey şairlərimiz və ədiblərimiz:

 

- Xəqani - həm də Şafei alimi

 

- Seyid Yəhya Bakuvi - dünyanın 4 tərəfinə İslam mənəviyyatını yaymış Xəlvətiyyənin Piri Sanisi

 

- Şeyx Nizami - həm də Sufi piri

 

- Nəsimi - həm də Hürufi mürşidi

 

- Xətai - Azerbaycan türkçəsində divanlı ilk cahan hökmdarı

 

- Fizuli - həm də İmam Hüseyn türbəsi xadimi

 

- Molla Pənah Vaqif

 

- Abbasqulu ağa Bakıxanov

 

- Xan qızı Nətavan

 

- Mir Həmzə Nigari - həm də boyük Nəqşibəndi şeyxi

 

- Seyid Əzim Şirvani

 

- Sabir

 

.... və milli-mənəvi dəyərlərimizin bizə məxsus çoxusunu ərsəyə gətirmiş yüzlərlə digər ədəbi və mənəvi böyüklərimiz!.