Bakıda yük maşını minik avtomobili ilə toqquşub, bir ailənin 3 üzvü ölüb

Sürət həddi yüksək olduğundan yük maşını minik avtomobilinin üzərinə aşıb

Bakı, Kəmalə Bədəlova, İnteraz - 12 Iyun 2018, 09:20

Bakının Qaradağ rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

İnterAz-ın "Report"a istinadən məlumatına görə, Sumqayıt şəhərindən Qaradağa gedən yolda "Kamaz" markalı yük maşını ilə "VAZ-2106" markalı avtomobil toqquşub.

 

Sürət həddi yüksək olduğundan yük maşını minik avtomobilinin üzərinə aşıb. Nəticədə "VAZ-2106"da olan bir ailənin 3 üzvü – ata, ana və övlad dünyasını dəyişib.

 

Hazırda ağır yol qəzasında dünyasını dəyişən şəxslərin kimliyi müəyyənləşdirilir.

 

Faktla bağlı araşdırma aparılır.