İcra Hakimiyyəti binasının qapısını qıran şəxs tutulub

Ağstafa rayon İcra Hakimiyyətinin binasının qapısını qıran şəxs yaxalanıb

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 12 Iyun 2018, 14:43

Ağstafa rayon İcra Hakimiyyətinin binasının qapısını qıran şəxs yaxalanıb.

 

Baş Mühafizə İdarəsindən APA-ya verilən məlumata görə, iyunun 12-də saat 04:00 radələrində Tovuz Regional Mühafizə Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində Ağstafa Rayon İcra Hakimiyyətinin inzibatı binasınin arxa qapısını sındıraraq oğurluğa cəhd göstərmiş bir nəfər şəxs hadisə yerindən qaçmaq istəyərkən saxlanılıb. Həmin şəxs sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə Polis Şöbəsinə təhvil verilib.

 

Polis Şöbəsində aparılmış araşdırmalarla oğurluğa cəhd göstərərkən saxlanılan şəxsin Ağstafa rayonu Sadıxlı kənd sakini, 1977-ci il təvəllüdlü Abdulrəhmanov Rasim Vilayət oğlu olduğu məlum olub.

 

Faktla bağlı Ağstafa RPŞ-də araşdırma aparılır.