Bakıda restoran yanıb

Yanğın zamanı 10 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub

Bakı, Kəmalə Bədəlova, İnteraz - 13 Iyun 2018, 09:44

Bakıda restoran yanıb.

 

FHN-dən İnterAz-a verilən məlumata görə, Xəzər rayonunda ümumi sahəsi 600 m² olan birmərtəbəli tikilinin (restoran kimi fəaliyyət göstərir) dam örtüyünun yanar konstruksiyaları 30 m² sahədə yanıb.

 

Yanğın zamanı 10 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

 

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.