Qəbələ sakinindən sənədsiz odlu silah götürülüb

Əvvəllər məhkum olunmuş Əlimran Mirzalıyevdən 1 ədəd, müvafiq sənədləri olmayan təklülə, qanunsuz saxladığı ov tüfəngi aşkar olunaraq götürülüb

Bakı, Kəmalə Bədəlova, İnteraz - 13 Iyun 2018, 10:19

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

 

DİN-in mətbuat xidmətindən İnterAz-a verilən məlumata görə, Qəbələ Rayon  Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Vəndam qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əlimran Mirzalıyevdən 1 ədəd, müvafiq sənədləri olmayan təklülə, qanunsuz saxladığı ov tüfəngi aşkar olunaraq götürülüb.

 

Faktla bağlı Qəbələ rayon Polis Şöbəsində araşdırma aparılır.