Sabaha olan hava proqnozu açıqlanıb

Dəniz suyunun temperaturu 21-22 dərəcə isti təşkil edəcək

Bakı, Nərgiz Quliyeva, İnteraz - 13 Iyun 2018, 12:34

Sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İnterAz-a verilən məlumata görə,  Bakıda və Abşeron yarımadasındaiyunun 14-dəhava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 17-19, gündüz 25-30,  Bakıda gecə 17-19, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir. 

Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45faiztəşkil edəcək. 

Abşeron çimərliklərində sabah şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba)şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 20-21 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx)şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 21-22 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 14-dəhava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısanmüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 13-18, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 15-20dərəcə istiolacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz sabah  Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.