Müşfiqabadda ağır qəzada ölənlərin şəxsiyyəti müəyyənləşib

Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində Sumqayıt şəhər sakini Taleh Ağayevin idarə etdiyi “KamAZ” və Xaçmaz rayon sakini Zahid Şahmuradovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub

Bakı, Kəmalə Bədəlova, İnteraz - 13 Iyun 2018, 13:47

DİN ötən gün Müşfiqabadda baş verən ağır qəza ilə bağlı məlumat yayıb.

 

Nazirlikdən İnterAz-a verilən məlumata görə, iyunun 12-si saat 6 radələrində Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində Sumqayıt şəhər sakini Taleh Ağayevin idarə etdiyi “KamAZ” və Xaçmaz rayon sakini Zahid Şahmuradovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

 

Nəticədə Z.Şahmuradov, sərnişinləri, Şəmkir rayon sakinləri Gülnar İsmayılova və azyaşlı Mustafa İsmayılov hadisə yerində ölüblər.

 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.