Abşeronda hasar orta yaşlı kişinin üstünə aşıb

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib

Bakı, Kəmalə Bədəlova, İnteraz - 14 Iyun 2018, 09:06

Xırdalan şəhərində bədbəxt hadisə nəticəsində bir nəfər ağır xəsarət alıb.

 

İnterAz xəbər verir ki, hadisə şəhərin mərkəzində baş verib.

 

1982-ci il təvəllüdlü Əliyev İntiqam Amin oğlu fərdi yaşayış evinin yanından keçərkən evin hasarı onun üstünə aşıb. Nəticədə İ.Əliyev müxtəlif nahiyələrindən xəsarətlər alıb.

 

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

 

Fakt araşdırılır.