Bakıda yaşlı kişi küçədə tanımadığı şəxs tərəfindən bıçaqlanıb

Yaralı xəstəxanaya yerləşdirilib

Bakı, Kəmalə Bədəlova, İnteraz - 14 Iyun 2018, 09:15

 Bakıda küçədə yaşlı kişini tanımadığı şəxs bıçaqlayıb.

 

İnterAz xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

 

1969-cu il təvəllüdlü Natiq Salahov yaşadığı evə gedərkən tanımadığı şəxs onunla mübahisə edib. Nəticədə N.Salahov bıçaqlanıb.

 

Yaralı xəstəxanaya yerləşdirilib.

 

Hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.