Bakının yarıdan çoxu özünü dindar hesab edir - Sorğu

Ramazan ayının son günlərini yaşayırıq. Bakı sakinləri bu müqəddəs ayda oruc tutur, dua edir.

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 14 Iyun 2018, 12:40

Ramazan ayının son günlərini yaşayırıq. Bakı sakinləri bu müqəddəs ayda oruc tutur, dua edir.

 

İnterAz xəbər verir ki, mövzu ilə bağlı "ACT Azərbaycan"-nın aparıdğı sorğuda rəyi öyrənilmiş sakinlərin yarıdan çoxu (69 %) özünü dindar hesab etsə də, cəmi 27%-i müvafiq dini ayinləri yerinə yetirir.

 

Sakinlərin 31%-i özünü dindar hesab etmir, üçdə biri (28%) isə heç bir dini ayini yerinə yetirmir.

 

Paytaxtlılar arasında dini rituallara qismən əməl edənlər üstünlük təşkil edir (45 %).

 

10 ballıq şkalaya əsasən Bakı sakinləri ortalama 5 balla dindardır. Qadınlar özlərini kişilərə nisbətən daha dindar hesab edir (6 bal). Kişilərdə isə faiz şkalanın tam yarısı qədərdir (5 bal).

 

Şakalaya əsasən 18-24 yaş aralığında olan gənclər daha az dindardır (4 bal). Ən yüksək dindarlıq göstəricisi isə 35-44 yaş aralığındadır (6 bal).

 

Sorğu Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.