Koroğlu metrostansiyasının çıxışında qadınlar arasında kütləvi dava olub

Daha sonra o, digər iki qadın tərəfindən döyülüb

Bakı, Kəmalə Bədəlova, İnteraz - 20 Iyun 2018, 09:23

 Bakının Nizami rayonu ərazisində kütləvi dava baş verib.

 

İnterAz xəbər verir ki, metronun Koroğlu stansiyasından çıxan 1978-ci il təvəllüdlü Hüseynova Vəsilə Səfər qızı tanıdığı digər 3 orta yaşlı qadınla mübahisə edib.

 

Mübahisə zamanı qadınlardan biri V.Hüseynovanın saçını yolub. Daha sonra o, digər iki qadın tərəfindən döyülüb.

 

V.Hüseynova bədənin müxtəlif nahiyələrindən xəsarətlər alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

 

Faktla bağlı Nizami Rayon Polis İdarəsinə məlumat verilib.