Dübəndidə maşın dirəyə çırpılıb

İyunun 20-də saat 9 radələrində qəsəbə ərazisində Bakı şəhər sakini İsmixan Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub

Bakı, Kəmalə Bədəlova, İnteraz - 21 Iyun 2018, 12:16

Xəzər rayonunun Dübəndi qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

 

DİN-dən İnterAz-a verilən məlumata görə, iyunun 20-də saat 9 radələrində qəsəbə ərazisində Bakı şəhər sakini İsmixan Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub. Nəticədə onun sərnişinlərindən - qızı Rəna və qardaşının arvadı Sona Əliyeva hadisə yerində ölüb, özü və digər sərnişini - arvadı Narıngül xəstəxanaya yerləşdirilib, İ.Əliyev orada ölüb.