Azәrbaycanda nazir dünyasını dәyişib - Foto

Müdafiə sənayesi naziri Yavər Camalov vəfat edib

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 23 Iyun 2018, 19:18

Müdafiə sənayesi naziri Yavər Camalov qəflətən dünyasını dəyişib.

 

İnterAz xәbәr verir ki, məlumatı mərhum nazirin ailəsinə yaxın mənbələr təsdiqləyib.

 

Allah rəhmət etsin!

 

Xatırladaq ki, 69 yaşlı mərhum nazir bir neçə dəfə İsraildə müalicə olunmuşdu

 

Qeyd edək ki, ötən ilin sentyabrında Y.Camalovun oğlu 44 yaşlı Rövşən Camalov Türkiyədəki özəl xəstəxanalardan birində dünyasını dəyişmişdi.

 

Yavər Camalov 17 oktyabr 1949-cu ildə Sabirabad rayonunun Çölbeşdəli kəndində anadan olub.

 

1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib.1972 – 2006-cı illərdə neft sahəsi üzrə müxtəlif qurumlarda çalışıb.

 

Prezident İlham Əliyevin 18 mart 2006 - cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri təyin edilib. Evlidir, 2 oğlu var.

 

Allah rəhmət eləsin.