Qubada kanat qırılıb: ölən və yaralananlar var

Qubada kanat qırılıb

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 09 Iyul 2018, 13:44

Qubada 1 nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən hadisə baş verib.

 

İnterAz qafqazinfo-ya istinadən xəbər verir ki, “Quba Palace Hotel”ə (Əvvəlki adı Quba Rixos) məxsus olan kanat bu saatlarda qırılıb. 

 

Kanatın qırılması nəticəsində avadanlıqda olan şəxslər zərblə yerə düşüblər. Otelin əməkdaşı, Quba rayon Amsar kənd sakini Rzayev Rüzgar Mürvət oğlu hadisə yerində həlak olub. 

 

Dörd yaralı isə xəstəxanaya yerləşdirilib.