"Qaçqınkom"da məcburi köçkünlərin qəbulu keçirilib

Qəbula gələnlərin hər birinin müraciəti dinlənilib və müvafiq tədbirlər görülməsi üçün tapşırıqlar verilib

Bakı, Nərgiz Yəhyayeva, İnteraz - 10 Iyul 2018, 16:29

 Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ("Qaçqınkom") məcburi köçkünlərin növbəti qəbulu keçirilib.

 

Dövlət Komitəsindən İnterAz-a verilən məlumata görə, qəbulda Dövlət Komitəsinin sədri, sədr müavinləri, şöbə və departament müdirləri, ərazisi işğal olunmuş rayonların icra hakimiyyəti başçılarının müavinləri iştirak ediblər.

 

Məcburi köçkünlərin müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər və digər sosial problemlərlə bağlı olub.

 

Qəbula gələnlərin hər birinin müraciəti dinlənilib və müvafiq tədbirlər görülməsi üçün tapşırıqlar verilib.