Bakıda 77 nəfər günvurma şikayəti ilə xəstəxanaya müraciət edib

Müraciət edən 77 nəfərin 60-ı kişi, 17-si qadın olub

Bakı, Kəmalə Bədəlova, İnteraz - 11 Iyul 2018, 11:58

Havaların isti keçməsi ilə əlaqədar may ayından indiyədək Bakı Şəhər Təcili Tibbi Yardım Xidmətinə 77 nəfər günvurma şikayəti ilə müraciət edib.

 

İnterAz xəbər verir ki,Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məsləhətçisi Səfayə Əhmədova Trend-ə bildirib ki, Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə günvurma şikayəti ilə müraciət edən şəxslərin 31-ə ambulator yardım göstərilib, 46-sına isə orta dərəcəli günvurma diaqnozu qoyularaq stasionar tibb müəssisələrinə yerləşdirilib.

 

Müraciət edən 77 nəfərin 60-ı kişi, 17-si qadın olub. Günvurma şikayəti ilə müraciət edənlər arasında 4 uşaq olub.

 

S.Əhmədova bildirib ki, bu il günvurmadan ölüm halı baş verməyib.