Şəmkir sakinindən tapança götürülüb

Mübariz Lətifoğludan küstar üsulla düzəldilmiş tapança və 6 ədəd patron götürülüb

Bakı, Kəmalə Bədəlova, İnteraz - 11 Iyul 2018, 13:31

Şəmkir sakinindən tapança götürülüb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İnterAz-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxtın N.Nərimanov rayonu ərazisində Şəmkir rayon sakini Mübariz Lətifoğludan küstar üsulla düzəldilmiş tapança və 6 ədəd patron götürülüb.