Şəmkirdə meşədə yanğın başlayıb

Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, Aviasiya dəstəsinin "Mi-17" yanğınsöndürmə helikopteri söndürmə işlərinə cəlb olunub

Bakı, Nərgiz Yəhyayeva, İnteraz - 11 Iyul 2018, 14:41

Şəmkir rayonunun Yuxarı Seyfəli kəndi yaxınlığındakı meşə zolağında yanğın baş verib.

 

İnterAz  Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, Aviasiya dəstəsinin "Mi-17" yanğınsöndürmə helikopteri söndürmə işlərinə cəlb olunub.

 

Əlavə məlumat veriləcək.