Bakıda sürücünün yatması nəticəsində avtobus qəzaya düşüb: 1 nəfər ölüb, 10-dan çox şəxs yaralanıb

Bakıda yük maşını 149 saylı sərnişin avtobusu ilə toqquşub

Bakı, Kəmalə Bədəlova, İnteraz - 12 Iyul 2018, 09:48

Bakı Nəqliyyat Agentliyi paytaxtda baş verən avtobus qəzası ilə rəsmi məlumat yayıb.

 

İnterAz Report-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında Bakı-Qazax avtomagistralının 21-ci kilometrliyində 90-OJ-802 DQN yük maşını 10-TF-383 DQN sərnişin avtobusuna çırpılıb: "İlkin məlumata görə, hadisə yük maşınının sürücüsünün sükan arxasında yuxuya getməsi səbəbindən baş verib. Belə ki, yük maşını hərəkətdə olan avtobusa gəldiyi sürətlə çırpılıb, nəticədə, sərnişin avtobusu bir neçə dəfə aşıb." 

 

Hazırda Bakı Nəqliyyat Agentliyinin əməkdaşları hadisə yerindədir. Qəza nəticəsində 1 nəfər ölüb, 10-dan artıq şəxs müxtəlif dərəcəli xəsarət alıb. Xəsarət alanların vəziyyətini öyrənmək üçün BNA əməkdaşları hazırda yaralıların olduğu xəstəxanalardadır.

 

*** saat 08:49

 

Bakıda yük maşını 149 saylı sərnişin avtobusu ilə toqquşub.

 

Qaradağ rayonunda, Səngəçal ərazisində baş verən hadisə zamanı bir nəfər ölüb, daha bir neçə nəfər xəsarət alıb.

 

Faktla bağlı araşdırma aparılır.