Gürcüstanda helikopter qəzaya uğrayıb, 5 nəfər xəsarət alıb

Helikopter “Laqodexi” sərhəd bölməsinə planlaşdırılmış rotasiya üçün uçuş yerinə yetirirdi

Bakı, Kəmalə Bədəlova, İnteraz - 12 Iyul 2018, 11:37

Gürcüstanın Kaxeti bölgəsində Sərhəd Polisinə məxsus helikopter qəzaya uğrayıb. 

 

İnterAz-ın APA-ya istinadla verdiyi xəbərə görə, helikopter sərhəd məntəqəsi yaxınlığında qəza enişi edib. 

 

Helikopter “Laqodexi” sərhəd bölməsinə planlaşdırılmış rotasiya üçün uçuş yerinə yetirirdi.

 

Qəza nəticəsində xəsarət alan 5 ekipaj üzvü Telavi xəstəxanasına yerləşdirilib.

 

DİN hadisə ilə bağlı araşdırmaya başlayıb.