"Loqos" rəhbərliyi ilə Türkiyə Üsküdar Universitetinin rektoru arasında görüş keçirilib

Yarandığı gündən bir sıra uğurlara imza atan “Loqos” Psixoloji Nitq və İnkişaf Mərkəzi beynəlxalq əlaqələrini genişləndirməkdə davam edir

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 12 Iyul 2018, 13:13

Yarandığı gündən bir sıra uğurlara imza atan “Loqos” Psixoloji Nitq və İnkişaf Mərkəzi beynəlxalq əlaqələrini genişləndirməkdə davam edir.

 

İnterAz xəbər verir ki, "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin Türkiyə Üsküdar Universiteti ilə əməkdaşlığı çərçivəsində İstanbulda "Loqos"un rəhbəri Təranə Məmmədova və Üsküdar Universitetinin rektoru pr. Nevzat Tarhanın da iştirakı ilə görüş keçirilib. Rəsmi görüşdə təhsil və sağlamlıq imkanlarının inkişafı haqqında əməkdaşlıq sazişi imzalanıb. Yeni planlar müzakirə olunub, ilk tədbirlərin tarixləri təyin edilmişdir. Həmin tədbirlər planına uyğun olaraq Azərbaycana səfər etmiş nümayəndə heyəti iki günlük “Loqos” un qonağı olub.

 

Nümayəndə heyəti ilə keçirilən görüşdə “Loqos” un rəhbəri Təranə Məmmədova, NPİSTANBUL Beyin Hastanesi Tibbi Direktor Yardımçısı, Uluslararası Hasta Hizmetleri yöneticisi Dr.Hanifi Devrim, Üsküdar Universitesi Erasmus Kurum Koordinatörü, Uluslararası İlişkiler Direktörü Emre Üçsular, Üsküdar Universitesi Genel SekreterSelçuk Uysaler və “Loqos” un bır sıra şöbələrinin rəhbər heyəti iştirak ediblər.

 

Görüşdən öncə nümayəndə heyəti Şəhidlər Xiyabanını və Türk Şəhidləri abidəsiniziyarət edərək, şəhidlərin əbədi xatirəsini yad ediblər. Daha sonra Bakı şəhəri haqqında qonaqlara geniş məlumat verilib. Nümayəndə heyəti “Loqos” un Yasamal, Gənclik və Azadlıq filialları ilə yaxından tanış olub və mütəxəssislər ilə görüşüblər. Sonra nümayəndə heyəti Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi ilə ATV kanalında yayımlanan "Həkimsən" verlişinin qonağı olub və “Loqos” ilə qurulan əməkdaşlıq haqqında geniş məlumat veriblər. Daha sonra “Loqos” da baş tutuan görüşdə konkret olaraq tədbirlər planı müzakirə edilib və bir sıra layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Mərkəzin rəhbəri Təranə Məmmədova bildirib ki, başlanan yeni əməkdaşlıq “Loqos” un digər ölkələr ilə qurduğu əməkdaşlıq kimi uğurlu olacaq və bu əməkdaşlıq əhaliyə xidmətin daha da yüksəldilməsinə təkan verəcək.

 

Çıxış edən qonaqlar Bakı və “Loqos” haqqında xoş təssüratlarını bölüşüblər və qeyd ediblər ki, “Loqos” ilə başlanan əməkdaşlıq qısa zaman ərzində öz müsbət töhvəsini verəcəkdir.

 

Görüşün sonunda qonaqlara milli dəyərlərimizi özündə ehtiva edən hədiyyələr və “Loqos” jurnalıtəqdim edilib.