Bakıda qardaş bacısını qətlə yetirib

Onu qətlə yetirən qardaşı 1974-cü il təvəllüdlü Sədi Bayramov Xızı rayonunda saxlanılıb

Bakı, Kəmalə Bədəlova, İnteraz - 13 Iyul 2018, 10:30

Bakıda 42 yaşlı qadın qardaşı tərəfindən öldürülüb.

 

İnterAz-ın Report-a istinadən xəbərinə görə, Yasamal rayonunda 1976-cı il təvəllüdlü Xanım Bayramova kirayə yaşadığı evdə bıçaqlanaraq qətlə yetirilib.

 

Onu qətlə yetirən qardaşı 1974-cü il təvəllüdlü Sədi Bayramov Xızı rayonunda saxlanılıb.

 

Fakt üzrə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.