ANAMA tərəfindən 3 ədəd partlamış hərbi sursat aşkarlanıb

Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Tovuz şəhəri, F.Ələkbərov küçəsində mərminin tapılması barədə məlumat daxil olub

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 19 Iyul 2018, 09:32

Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Tovuz şəhəri, F.Ələkbərov küçəsində mərminin tapılması barədə məlumat daxil olub.

 

İnterAz xəbər verir ki, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Tovuz rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib, 1 ev və həyətyanı sahəyə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 3 ədəd partlamış hərbi sursat (1 ədəd PQ-7L raketi, 1 ədəd 23 mm-lik zenit top mərmisi (BZT) və 1 ədəd 12.7 mm-lik patron) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

 

Partlamış hərbi sursatların tapıldığı yerin ətrafında 20 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.