Azərbaycanda toy karvanında “Lexus”un ölüm şousu

Sosial şəbəkədə toy karvanındakı “Lexus”un ölüm şousu izləyənlərin qınağına səbəb olub

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 20 Iyul 2018, 14:15

Sosial şəbəkədə toy karvanındakı “Lexus”un ölüm şousu izləyənlərin qınağına səbəb olub.

 

İnterAz avtosfer-ə istinadən xəbər verir ki, Heydər Əliyev prospektində toy karvanında olan “Lexus” markalı avtomobilin sürücüsü qaydaları heçə sayaraq yolun ortasında rəsmən at oynadıb. Yolun soluna – sağına çıxaraq kobud şəkildə qaydaları pozaraq sürücülərə çətin anlar yaşadıb.

 

Qeyd edək ki, video ötən il çəkilib.