Xanəndəni həmkarı öldürüb, özü isə intihar edib

Onun meyiti hadisənin baş verdiyi ərazidən 5 km aralıda Ağcabədi rayonunun Qiyaməddinli kəndi ərazisində tapılıb

Bakı, Nərgiz Yəhyayeva, İnteraz - 02 Avqust 2018, 15:56

Bərdə rayonunda yol qəzasında öldüyü deyilən xanəndə Miryusif Mirizadənin dostu Novruz Hüseynov tərəfindən qətlə yetirildiyi məlum olub. 

 

İnterAz "Report"un Qarabağ bürosuna istinadən xəbər verir ki,  N.Hüseynov dostunu 14 bıçaq zərbəsi ilə öldürdükdən sonra özünü Qarabağ su kanalına ataraq intihar edib. Onun meyiti hadisənin baş verdiyi ərazidən 5 km aralıda Ağcabədi rayonunun Qiyaməddinli kəndi ərazisində tapılıb.

 

Faktla bağlı araşdırma aparılır.